Misirdə yeni piramida kəşf edildi

MARAQLI
23:29 13.10.2017
1869
Misirin paytaxtı Qahirədə yeni piramida aşkar edilib.
 
AZXEBER.COM  "Ölkə.Az"-a istinadan xəbər verir ki, piramidanın altıncı xanədana məxsus olduğu bildirilir. Altıncı xanədan eramızdan əvvəl 2345-2181-ci illər arasında Misirdə hakimiyyətdə olub.
 
Misir tarixi əsərlər nazirliyindən verilən açıqlamada deyilir: "Cenevrə universitetindən isveçrəli və fransızlardan ibarət arxeoloji qrup Gizanın qərbindəki Sakkarada çəhrayı qranitdən inşa edilmiş kiçik piramida tapıb".
 
Piramidanın hündürlüyü 130, eni isə 110 sm-dir. Arxeoloji qrupun rəhbəri Filip Kollombert qeyd edib ki, piramida şahzadə II Ankhenespepy üçün inşa edilmiş ola bilər.
OXŞAR XƏBƏRLƏR