Misirdəki Azərbaycan diasporu ermənilərin yalanını ifşa edib
Bütün Xəbərlər
16:37 25.11.2013
752
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festivalı"nda Azərbaycanla yanaşı, 12 ölkə təmsil olunub.Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan məlumata görə, festivalın açılış günü 3 nəfərdən 2-si erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb.Buna səbəb Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin kəskin etirazına səbəb olub.