Misirli Camal Əbdül Nasirin Bakı səfərində baş vermiş tragi-komik hadisə

Misirli Camal Əbdül Nasirin Bakı səfərində baş vermiş tragi-komik hadisə
Bütün Xəbərlər
13:35 12.03.2015
2739
Misirli Camal Əbdül Nasirin Bakı səfərində baş vermiş tragi-komik hadisə
Bakı 1958 ci il...
Hər il Misir Ərəb Respublikasının Milli Bayramı olan - “İnqilab günü” böyük izdiham və təntənə ilə qeyd olunur. Bu bayramı fironların varisi sayılan misirlilər əfsanəvi insan Camal Əbdül Nasirə borcludur. Şərq xalqlarının modern düşüncə tərzinin inkişafına, dini radikalizmə “khalas” deyən! (ərb-dur,yetər) və dünyanın gözünə dik baxmasına məhz bu adam öncülük etmişdir desəm yanılmaram. 1952-ci ildə Misirdə kukla monarxiya rejiminə son qoyan Azad zabitlər hərəkatı müasir, dünyavi Respublika rejimi ilə dünya ilə ayaqlaşdığı dövlər idi...
Həmin illər ABŞ və Sovetlər Birliyi də Şərqdə öz siyasi mənafelərini yaymaq uğrunda qızğın rəqabət içindəydi. Camal Əbdul Nasirin müasir ərəb sosializmi rəsmi Moskvaya daha isti münasibət bəsləyirdi. Sovetlər Birliyi isə dünyaya biz sadəcə ruslardan ibarət deyilik bizim internasiyonalizmin içində müsəlmanlar da var deyə Azərbaycan və Özbəkistan SSR-ni kartını önə çəkirdi.
1958-ci ildə C.Ə.Nasir Moskvaya rəsmi səfərə gəlir. Dövrünün dünya siyasətini müzakirə edərək bir sıra müqavilələr imzalanır. Sovet elitasının proqramı dəqiq hesablanmışdı. Nasiri bir başa Azərbaycana Sovetlərin ən nüfuzlu müsəlman ölkəsinə gəzintiyə gətirirlər. Heydər Əliyev öz xatirəsində (2002) belə nəql edir: Mən özümü çox xoşbəxt hesab edirəm ki, həmin vaxt Bakıda idim. Camal Əbdül Nasirin qarşılanmasında iştirak edirdim və onunla tanış oldum, görüşlərdə iştirak etdim. Bu, qəlbimdə indiyə qədər də yaşayır. Təbiidir ki, bu, o vaxt bütün xalqın müstəmləkə sisteminə, əsarətə, istismara olan etirazı idi. Eyni zamanda xalqların müstəqillik əldə etmək üçün başladıqları hərəkata olan dəstəyi idi. Azərbaycanın insanları, xalqı o vaxt bu prosesi dəstəkləyirdi. Camal Əbdül Nasir bu prosesdə çox fərqləndiyinə görə, ona xüsusi məhəbbət və xüsusi hörmət vardı.C.Ə.Nasirin təyyarəsi o qədər böyük idi ki, Bakıdakı Binə Hava Limanı bu təyyarəni qəbul etmək üçün kifayət qədər hazır deyildi. Nasiri gətirən təyyarə Nasosnu adlanan hava limanına enir.
Misirli lideri Bakıda minlərlə insan küçələrə axışaraq gül-çiçəklə qarşılayır.Yol boyu Nasir Sovetlərin müsəlmanlarına baxaraq fərəh hisslərini gizlədə bilmir. Onda Sovetlərə qarşı olan ehtiyatlı münasibət elə Bakıdaca puç olur. Moskvanın şirin vədlərinin səmimiliyinə azərbaycanlıların simasında daha da aşiq olur.
C.Ə.Nasir Bakıda gəzinti zamanı bir anlıq səs-küylü kütlə arasında yaşlı bir nənəyə nəzər salır. Avtomabilin dayanmasını istəyir. Küçə adamla dolu idi.Hər kəs C.A Nasirə yaxın düşmək istəyirdi. Yerli hökumət nümayəndələrimiz avtomabildən düşməyi məsləhət bilmirlər. Nasir israr edir...və anidən maşının qapısını açaraq azərbaycanlı yaşlı nənəyə doğru irəliləyir. Qeyd edim ki, Azərbaycanda yaşlı nənələrimiz çox vaxt saçlarını kələğayi ilə örtərlər. Nasir o qədər Sovet təbliğatçılarına inanmışdı ki, elə bilib ki bizdə də yaşlı adamların hər biri ərəb dilində bilirlər. Nasir yaşlı xanıma yaxınlaşır övladla Ananın həsrət görüşü kimi ona sarılır, qucaqlayıb onu üzündən öpür.Əyilərək ona ərəbcə nəsə sözlər deyir...Yaşlı nənə Nasiri başa düşmür...Nasir yenə durmadan həyəcanlı səsi ilə ərəbcə nəsə deyir...Sonra anlayır ki, azərbaycanlılar ərəb dilində danışa bilmir.Kövrəlir, məyus halda nənəni qucaqlayaraq avtomabilə doğru gedir. Bu an yaşlı xanım bizim dildə bunu deyir “Allah köməyin olsun oğlum”...Allah sözünü eşidən Nasir yerindəcə donub qalır.Gözləri yaşarır...cəld nənəyə doğru qayıdır əlini pəncəyinin cibinə ataraq oradan bir balaca Quran kitabı çıxarıb yaşlı xanıma uzadır...Sonra yenidən avtomabil və Bakı gəzintiləri.
Daha sonra dövrünün sovet rejimi bu yaşlı xanımı həmin gün gəlib evdən aparır. Onu günlərlə sorğu-sual edirlər ki, Nasir sənə nə dedi? Zavallı kadın and-aman edir ki, ərəbcə nəsə deyirdi lakin mən başa düşmədim...
Misir lideri C.Ə.Nasir Qahirəyə qayıdandan sonra jurnalistlərin biri ona belə sual ünvanlayır: Siz Azərbaycan SSR-ə səfər etdiniz. Ora haqqında nə deyə bilərsiz? Nasir Azərbaycanı tərifləyir, səfərdən mənun qaldığını bildirir...Sonra bir anlıq fikirə gedərək bu sözləri deyir: “Bəli, mən Azərbaycana getdim, lakin ora Azərbaycan deyildi”...xalq bizim kimi istiqanlı və mehriban idi...lakin hər yerdə rus dilində yazılar var idi...hər mənada azərbaycanlıların dili sıxışdırılmışdı...
Nasir şərqlilərin qəlbində və modern düşüncəsində daim əfsanə komandir, ikinci Che kimi qalacaqdır. Onun dövründə yürütdüyü həm daxili həm xarici siyasətin hardasa doğru, hardasa romantik olması haqqında isə fikri yalnız alimlər deyə bilər. Mən sadəcə bunu yazıdm ki, bilinsin ki Azərbaycan daim dünya siyasətində mühüm iştirakçı olub və dünyaca məşhur Raul Castro, Yaser Ərəfat və neçə-neçə tarixə istiqamət vermiş insanların yolu Bakımızdan da keçib...
Əbülfəz ŞEYDABƏYOV
BAKI 2015
OXŞAR XƏBƏRLƏR