'Mitinqinizi dovşan yesin' - KÖŞƏ

KÖŞƏ
16:32 18.03.2012
3492
Elşən Musayev Vay bə...Allah evinizi tiksin, bu nə idi ay qardaş?! Niyə belə oldu? Tamammı tükəndiniz? Yaxşı belə idisə, gül kimi qar yağmışdı-sizdən daha çox tanıdığım fürsətcil biri də yoxdur-barı təbiətin tanıdığı bu fürsətdən faydalanıb söhbəti fırlayaydınız. Ki, biabır olmayasız. Amma yenə də dirəşib getdiniz. Yaxşı ta gedirdiniz-gedirdiniz, barı yaşlı-başlı kişiləri şəkil çəkdirərkən qarşı fondan çıxaraydınız ki, “gözdən qoçaq” iqtidar nümayəndələri anındaca adamlara ”lipa” damğasını vurmasın da. Yoxsa belə olmaz axı. Hər şeyin ”kontrol”unu əldə saxlamaq gərək. Bir də gördün Soros özünə cəhd gəlib ki, ”Biz belə danışmamışdıq, mən pulu ağsaqqallara deyil, gənclərə söz vermişəm” Ya da... el-aləm nə vaxtdır nəfəsləri durdurub icazəli mitinq gözləsin, siz də öz dilinizlə desək bu ”böyük gün”ü 14 fevralla səhv salıb, ”Kameraları söndürün, sevişirik”-sərlövhəli ekzotik-romantik-ultra fəlsəfi plakatla ortaya çıxasız. Oldumu?!-Olmadı məncə... Tağı müəllim demişkən, heç olmasa ikidə-birinizin bu haqqda fikirləşməsi gərəkmirdimi? Amma hər şey bir yana, deyirəm maşallah olsun, demə ki mənim yazılarımın, müsahibələrimin altına şərh yazanlar sizin mitinq elektoratınızdan daha üstün durumda imiş. Bax elə qınadığım məsələlərdən biri də budur ki, Allahınız vermişdi, təbiətdən savayı sizə bir dənə də göydəndüşmə fürsəti mən tanıyıb elə dünəncə “qafqazinfo”ya müsahibə vermişdim. Olmazdımı ki, elə yazımın altında, şərh yazılan yerdə anlaşıb-qərarlaşıb-məsləhətləşib babat bir marşrut təyin edəydiniz? Onsuzda, göz dəyməsin “Zorro”dan tutmuş ”Mıxməmməd”ə qədər bütün radikal dəstəniz ora yığışıb. Toplaşdığınız ən qələbəlik məkandır. Ağılın ağıldan üstün olduğu da lap köhnə söhbətdir. Yetərdi ki bir az beyninizə əziyyət verəydiniz.. *** Bayaq müxalifətin mitinq fiaskosu ilə bağlı “facebook”da yazdığım statusa əndrabadı bir şərh gəlib: ”Elşən bəy, sonunda haqq nahaqqı məğlub edəcək. Buna əmin olun! Siz yüz dəfə danışın, özünüzü öldürün, meydanda biz varıq, sonuna qədər də biz olacayıq! Həmin meydanı sizin kimilərin ümidinə buraxmayacayıq. Azərbaycan adlı bu meydan sizlərin deyil, bizlərin əmanəti olacaq. Gənclik adına bütün əziyyətləri, çətinlikləri göz önünə almışıq onsuzda. Sizin bütün təhqirlərinizə rəğmən meydanlardan çıxmayacayıq” P.S Saydım, adam düz 4 dəfə meydan ifadəsi işlətmişdi. Məni bəyənməyən və məhz mitinq keçirilən saatda bu iradı tutan həmin ibrətamiz “meydanşünas” öz müxalifətçi həmkarları ilə MEYDANDA olacağına, statusuma şərh yazırdı... Bu məntiqin qarşısında baş əyməyib neyləyəsən?! *** Yadıma bir də, Ruslan Bəşirli düşdü... 6 il 7 aylıq həbsdən sonra öz azadlığına qovuşan Ruslan Bəşirli!... Zamanında, gərəksiz insanlar uğruna gərəksiz addımlar atan, illərdir öz sadiq nişanlısını, xəstə anasını gözü yollarda qoyan Ruslan Bəşirli! Sadəcə bir məktub yazdı o.. Ölkə başçısından azadlıq istədi.. Və istədiyi azadlığa qovuşdu........ Fəqət, ömrünün ən gözəl günlərini uğruna fəda etdiyi insanlar, anındaca bu azadlığı görməzdən keçdilər. Hətta bu azadlığı qınadılar, bu azadlığı lənətlədilər... 6 il 7 aylıq həbs unuduldu! Amma bircə cümləlik məktub kor gözlərə girməyi bacardı...!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub