Mixail Qusman Prezident İlham Əliyevə təşəkkür edib

Mixail Qusman Prezident İlham Əliyevə təşəkkür edib
SİYASƏT
16:29 24.01.2020
8839

"Azərbaycan və Rusiyanı dərin tarixi köklər bağlayır".

AZXEBER.COM  Trend-ə istinadən xəbər verir ki, bunu TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı çərçivəsində deyib.

O, bu konfransın keçirilməsinə dəstək verdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib:

"Biz hamımız xatırlayırıq ki, ümummilli lider Heydər Əliyev Azərbaycanla Rusiya arasında münasibətlərə, mədəni əlaqələrə necə əhəmiyyət verirdi və bugünkü konfrans onun vəsiyyətlərinin təcəssümüdür".

Konfransın vacib əhəmiyyətindən danışan M.Qusman qeyd edib ki, Rusiyadan bu tədbirə ictimai və mədəniyyət xadimlərindən ibarət böyük nümayəndə heyəti gəlib:

"Hər kəs Bakıda olmaqdan böyük sevinc duyur. Məsələ təkcə Azərbaycan qonaqpərvərliyində deyil, həm də nümayəndə heyətinin əhatə olunduğu dostluq, əməkdaşlıq, diqqət mühitindədir".

OXŞAR XƏBƏRLƏR