"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi
SOSİAL
18:25 13.07.2020
1106
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın Feysbuk" səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşımla bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:
 
"Məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".
OXŞAR XƏBƏRLƏR