AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində prokurorluğun məhkəmə qərarından verdiyi apellyasiya protestinə baxılıb. Protest qismən təmin olunub.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, İlham Haqverdiyevə 15 min manat cərimə cəzası tətbiq olunub. Həbsdə olan təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.











































