“Mobil Şöbə” əlavəsi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmək mümkün oldu!

İQTİSADİYYAT
12:55 06.04.2020
372
Bank Respublika, evdən çıxmadan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradaraq, növbəti dəfə koronovirus infeksiyası ilə mübarizə təşəbbüsünü dəstəklədi.

AZXEBER.COM xəbər verir ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürə biləcəklər.

Köçürməni ödəniş kartı və ya bank hesabı ilə etmək mümkündür.

Bundan başqa, Mobil Şöbə əlavəsinin üstünlüklərindən biri də istənilən yerli bankın kartını əlavə etmək və ödəniş etmək imkanıdır. Bununla da, müştərilər, Mobil Şöbə əlavəsi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edə biləcək.

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar, sağlamlıq risklərini nəzərə alaraq, Bank Respublika müştərilərə onlayn xidmət kanalları vasitəsilə bank əməliyyatlarını həyata keçirmələrini tövsiyə edir. Bu məqsədlə Bank, fiziki şəxslər üçün – "Mobil Şöbə” və "İnternet Şöbə”, eləcə də hüquqi şəxslər üçün "İnternet Ofis” kimi bir sıra imkanlar təklif edir.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR