Mobil telefonları dinləyən general özünü günahkar bilmir - "MTN İŞİ"

Mobil telefonları dinləyən general özünü günahkar bilmir - "MTN İŞİ"
SOSİAL
14:02 09.03.2017
739
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin( MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə davam edib. 
Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Proses haqqında təqsirləndirilən Sübahir Qurbanovun vəkili Azər Tağıyev məlumat verib. 
O bildirib ki,  prokuror ittiham aktını oxumağa davam edib. 
"Prokuror nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin ittihamnaməsini oxudu. General özünü təqsirli bilmədi. Teymur Quliyevdən başqa prokuror Fərhad Atayevin də ittihamnaməsini elan elədi. O da Teymur Quliyev kimi ittiham üzrə özünü təqsirli bilmədi".
Xatırladaq ki, Teymur Quliyev istintaqa ifadəsində bildirib ki, bütün əmrləri sabiq nazir Eldar Mahmudovdan alıb.
Proses nahardan sonra davam edəcək.
Xatırladaq ki, prokuror ötən iclaslarda general Sübahir Qurbanovun və polkovnik Füzuli Əliyevin ittihamnaməsi elan etmişdi. Onların heç biri özləri təqsirli bilməmişdi.
Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri  - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər. 
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb