Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
AZXEBER.COM xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Belə ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilmiş şəxs İbrahim Nadir oğlu Muxtarova xalası oğlu vətəndaş Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
