Amerikalı mühəndis Martin Koperin ilk dəfə mobil telefonla danışmasının üstündən 40 il ötdü. “Motorola” şirkətinin əməkdaşı olan Koper 3 aprel 1973-cü il tarixdə Nyu Yorkun 6-cı küçəsində “Motorola DynaTAC” model mobil cihazla ilk dəfə alo deyib. Çəkisi 1 kq, uzunluğu 22 sm olan cihazın 20 dəqiqə danışma müddəti olub və elektriklə 10 saata qidalanıb. Ötən il “The Verge” jurnalına müsahibə verən Koper ilk dəfə mobil telefonla rəqibi Coel Enqelə zəng vurduğunu bildirib.Qeyd edək ki, hazırda dünyada 6 milyard mobil telefon istifadəçisi olduğu bildirilir.