"Mobil telefonunuza 2 dəfə sms gəlməlidir, əks təqdirdə..." - Avtomobilini siğorta edənlərə xəbərdarlıq

"Mobil telefonunuza 2 dəfə sms gəlməlidir, əks təqdirdə..." - Avtomobilini siğorta edənlərə xəbərdarlıq
SOSİAL
18:14 20.06.2017
8379
"Maliyyə Bazarlarına Nəzarət Palatasının səyi nəticəsində artıq sığorta bazarında tam şəffaflıq hökm sürür.
 
Avtomobillər elektron qaydada sığortalandığından sığorta müqaviləsinin qüvvəyə minməsi və qüvvədən düşməsi artıq "97-07”qısa nömrəsindən gələn bildiriş-ismarıcla məlum olur”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında sığorta üzrə mütəxəssis Nicat Əlibəyli deyib.
 
O, bildirib ki, avtomobilinizə icbari sığorta alan zaman sığorta müqaviləsinə mütləq sizə aid bir mobil nömrənin qeyd olunmasına diqqət yetirin:
 
"Əgər mobil telefonunuza iki dəfə sms gəlməsə deməli sizin müqavilədə hər hansı bir yanlışlıq və ya texniki problem var. Mobil telefonunuza iki dəfə sms gəlməlidir!
 
Smslərin məzmunu aşağıdakı qaydadadır:
1) 99XX999 nəqliyyat vasitəsinin standart icbari sığorta müqaviləsi üçün ödəniləcək sığorta haqqı: 200 AZN. Ödəniş kodu: 8989898989898 Sığortaçı: (Sığorta şirkətinin adı) Sığorta müqaviləsi sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcəkdir.
2) 99XX999 nömrəli nəqliyyat vasitəsinin standart icbari sığorta müqaviləsi üçün 200 AZN ödənildi. Müqavilə: PPP1212121212
 
Mütəxəssis həmçinin qeyd edib ki, mobil nömrə yanarsa və yaxud başqa zədə görərsə, belə bir halda İcbari Sığorta Bürosunun rəsmi saytına daxil olaraq (isb.az), eyni zamanda avtomobilin dövlət qeydiyyat nişanını (99XX999) "97-07” nömrəsinə sms kimi göndərməklə də avtomobilin icbari sığortasının qüvvədə olub- olmamasını yoxlamaq olar.”
 
Ekspert icbari sığortadan yararlanan hər bir kəsdən sığortanın şərtlərini əvvəlcədən öyrənməyi tövsiyyə edib və onu da qeydedib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının səyi nəticəsində artıq sığorta bazarında tam şəffaflıq hökm sürür. Belə ki, vaxtı ilə mövcud olan problemlər demək olar ki, minimum endirilib və yox dərəcəsindədir.
OXŞAR XƏBƏRLƏR