Model Günay Musayeva toyundan sonuncu dəfə danışdı
ŞOU-BİZNES
23:46 14.10.2011
1650
Azərbaycanlı model, "Best Model of the World"un vitse-gözəli Günay Musayeva tanınmış türk aktyoru Tolqa Karellə rəsmi nigaha girsə də, heç cür arzu etdiyi toyunu çaldırmağa müvəffəq ola bilmir. Bir neçə vaxt bundan əvvəl oktyabrın 15-də Osmanlı adətlərini özündə əks etdirəcək toyunun olacağını bildirən Günay, növbəti dəfə tarix dəyişikliyi etmək məcburiyyətində qalıb."İstəmirəm ki, toy günümüzün təxirə düşməsi barədə tez-tez informasiyalar yayılsın. Hamı səbəb soruşur. Narahatlığa əsas yoxdur. Mən onsuz da Tolqa ilə xoşbəxt günlər yaşayıram. Hər ikimiz çətin iş qrafiki ilə çalışırıq. İnanın, sırf vaxt məhdudiyyətindən gün seçib toyumuzu təşkil edə bilmirik. Amma toy yaxın zamanlarda mütləq olacaq. Məlum məsələdir ki, çoxları həmin toyda baş verəcək sürprizləri görmək üçün tələsirlər. Amma hər şey bizim istəyimizlə olmur axı", - Günay Musayeva belə dedi.