O, bu addımı Nyu-York Universitetinin Onkologiya İnstitutunun “Langone” tibb mərkəzinə vəsaitlərin toplanması üçün atıb. Mərkəz dəri xərçəngi sahəsində araşdırmalarla məşğul olub. Vəsaitin toplanmasının təşkilatçısı kimi “Marc Jacobs” moda evi çıxış edir.
Marisa Miller reklam fotosunda tamamilə çılpaq görünür. Tezliklə “Marc Jacobs” butiklərində bu foto ilə sarı köynəklər satışa çıxarılacaq.
Qeyd edək ki, Marisa Millier xeyriyyə məqsədilə vəsaitlərin toplanması üçün soyunan ilk model deyil. Belə aksiyalarda Haydi Klum, Helena Kristensen, Dita fon Tiz, Naomi Kempbell, Viktoriya Bekhem və başqaları da iştirak ediblər. //milli.az