"Addım" Gənclər Təşkilati və "Azərbaycan Gənclər Fondu"nun dəstəyi ilə "Modern Art Academy 2" adlı layihə gerçəkləşdirib.
Layihə çərçivəsində Azərbaycanda tədris olunmayan müassir incəsənət sahələri üzrə təlimlər baş tutub.Təlimlər Gəncə və Zaqatala şəhərlərində keçirilib. Təlimlər zamanı " Best Model of the World" yarışmasında 12 il öncə ölkəmizə ilk dəfə qalibiyyət gətirən Rüstəm Cəbrayılov Modeling sənəti dərsindən və Böyük Britaniya Fotoqrafiya Assosiasiyasının üzvü fotoqraf Rüfət Əliyev Fotoqrafiya sənəti üzrə təlimlər keçib.
Zaqatala şəhərində Heydər Əliyev Mərkəzində baş tutan təlim gənclər arasında böyük maraqla qarşılanmışdır. Təlimdə iştirak edən ,Modeling sənəti ilə məşğul olmaq istəyən gənclər məşhur modeldən tövsiyə almışdılar və eləcə də Gəncədə Gənclər Evində keçirilən təlimlər zamanı iştirakçılar təlimçilərin seminarlarını maraqla dinləmişdilər. Qeyd edək ki, "Modern Art Academy" layihəsi hələ 6 il öncə ilk dəfə "Addım"ın təşkilatçılığı və "Gənclər Fondu"nun dəstəyi ilə baş tutmuşdur. O zaman da müassir incəsənət sahələri ilə bağlı gənclərə ödənişsiz təlimlər keçirilib.
Layihənin yekun mərhələsinin paytaxt Bakı şəhərində keçirilmiş layihə çərçivəsində təlimlərdə iştirak edən gənclər sertifikatlarla təltif olunmuşdur