“Modern Hospital”dan açıqlama: Həmin ailə dediklərimizlə razılaşmır

“Modern Hospital”dan açıqlama: Həmin ailə dediklərimizlə razılaşmır
SAĞLAMLIQ
18:03 16.10.2018
3419

Xəbər verildiyi kimi, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Mərhumun ailəsi baş verən hadisəyə görə əməliyyatı həyata keçirən "Modern Hospital” klinikasının həkimi Taryel Ömərovu günahlandırır.

Minval.info qalmaqallı məsələ ilə bağlı sözügedən xəstəxanayla əlaqə saxlayıb. Klinikanin ictimaiyyətlə əlaqələr şöbəsindən iddiaların əsassız olduğu bildirilib:

"Hazırda məsələ ilə bağlı araşdırma gedir. İş istintaqdadır. İddiaçı şəxs heç bir əsası olmadan həkimdən müəyyən məbləğ tələb edib. Buna nail olmadığı üçün başlayıb mətbuatda yalan məlumatlar yaymağa”.

Hospitaldandan həmçinin bildirilib ki, klinikanın rəyini almadan sözügedən informasıyanı dərc edən saytlar hamısı məhkəməyə veriləcək.

"Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb. Buna əminik. Sadəcə, ekspertizanın rəyindən sonra ictimaiyyətə məsələ ilə bağlı açıqlama veriləcək”, – klinikadan bildirilib.

Bu zaman biz hospitala Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi ilə tanış etdik. Belə ki, qurumun yaydığı məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumi intoksikasiyası (zəhərlənmə) olub:

"Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs ölüb. Orqanizmin ümumi intoksikasiyası ölümün bilavasitə səbəbidir”.

Klinikadan isə qeyd edildi ki, əməliyyatdan sonra pasientə xüsusi pəhriz proqramı verildi və buna riayət olunması tapşırıldı.

"Lakin o, istədiyi kimi qidalandığından tikişin açılması da böyük ehtimal bundan qaynaqlanır. Amma həmin ailə dediklərimizlə razılaşmır. Taryel həkim yüzlərlə insan üzərində mədə kiçiltmə əməliyyatını həyata keçirib, işində çox məsuliyyətlidir. Hətta onların arasında tanınmış şəxslər də yer alıb. Hər biri sağlamlıqlarına qovuşublar”.

Hospitaldan eyni zamanda bildirildi ki, həkim Taryel Ömərov prokurorluğa dəvət olunub: "Lakin hansısa qərarla bağlı konkret açıqlama verilməyib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"