Hindistanın Kerala əyalətində yağan güclü yağışlar nəticəsində ən azı 56 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi "X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Vayanad ərazisində sürüşmə xəbərləri məni kədərləndirdi. Zərərçəkənlərə kömək etmək üçün xilasetmə işləri davam edir", - o bildirib.
Qeyd edək ki, Vayanadda axtarış-xilasetmə işlərinə Hindistan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Yüzə yaxın insan xilas edilib.