İslam Liqası Ədliyyə Nazirliyi tərəfindən keçən ay qeydiyyatdan keçib. Bu, Moldovada rəsmən tanınan ilk müsəlman qurumudur. İslam Liqası qeydiyyat üçün 2008-ci ildə müraciət edib.
Ölkədə nüfuz sahibi olan pravoslav kilsəsinin başçısı Metropolitan Vladimir İslam Liqasının qeydiyyatını Moldova xristianlarına «təhqir» adlandırıb. Başqa kilsələrin rəsmilərisə güman edirlər ki, müsəlman qurumunun qeydiyyatı «bəla gətirəcək».
Sergiu Sochirca
Sabiq prezident, ölkənin əsas müxalifət partiyası – Kommunist Partiyasının sədri Vladimir Voronin də qeydiyyatı pisləyib. O deyib ki, Moldova Osmanlı imperiyası zamanında olduğu kimi indi də məscidlərin tikintisinə müqavimət göstərməlidir.
Rəsmi məlumatlara görə, Moldovada təxminən 2000 müsəlman var. Əhalinin 90 faizi, yəni 4,5 milyonu isə özünü pravoslav sayır.
Ancaq İslam Liqasının rəhbəri Sochircanın təxmini hesablamalarına görə müsəlmanların sayı 17 mindir.
O deyir ki, siyahıya alınma zamanı vətəndaşların çoxunu müsəlman kimi qeydə almaqdan imtina edilib. Buna görə də onlar avtomatik xristian kimi qeydə düşürlər.
/// azadliq radiosu