Moldovanın sabiq prezidenti Bakı Dövlət Universitetində - FOTOLAR

Moldovanın sabiq prezidenti Bakı Dövlət Universitetində - FOTOLAR
Bütün Xəbərlər
17:20 25.05.2012
1455

Bu gün Moldova Respublikasının sabiq prezidenti PetruLuçinski Bakı Dövlət Universitetində olub və tələbələrlə görüşüb. Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ali qonağı Azərbaycanın ilk ali təhsil ocağında salamlayaraq universitetin tarixi, son nailiyyətləri haqqında məlumat verib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan-Moldova münasibətlərdən danışan rektor vaxtilə ümummilli lider Heydər Əliyevin bu münasibətlərin inkişafında və möhkəmləndirilməsindəPetruLuçinskinin rolunu yüksək qiymətləndirdiyini bildirib.

Tələbələr qarşısında çıxış edən eks-prezident cənab PetruLuçinski Sovet İttifaqının dağılması, bu proseslərdə Azərbaycan və Moldovanın yeri, müstəqilliyini əldə edən bu iki ölkədəki mövcud vəziyyət mövzusunda məruzə edib. Natiq qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarını illərdir aparılan ardıcıl və məqsədyönlü siyasətdə görür.Azərbaycan-Moldova arasındakı dostluq əlaqələrin tarixindən danışan sabiq prezident vaxtilə ümummilli lider Heydər Əliyev ilə çox isti münasibətlərinin olduğunu qeyd edib.

Görüşün sonunda sabiq prezident tələbələrin çoxsaylı suallarına cavab verib. Görüşdə eyni zamanda Moldovanın Azərbaycandakı səfiri İqorBodiu və Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov iştirak ediblər.

1997-ci ildən Bakı Dövlət Universitetinin fəxri doktoru olan PetruLuçinski müasir Moldovanın ən görkəmli və nüfuzlu siyasətçisi, ictimai və dövlət xadimlərindən biri hesab olunur. 1960-1971-ci illərdə PetruLuçinski komsomol və partiya sistemlərində yüksək vəzifələr tutub, elmi və diplomatik fəaliyyətlə məşğul olub, Moldova parlamentinin üzvü və sədri seçilib.1996-2001-ci illərdəMoldova Respublikasının Prezidenti olan PetruLuçinski Moldova, həmçinin Fransa, Yunanistan, Ruminiya və İsrailin bir çox yüksək dövlət və hökumət mükafatlarına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR