Molla Əli Kərimli - KÖŞƏ

Molla Əli Kərimli - KÖŞƏ
KÖŞƏ
15:30 01.06.2012
2956
Günay Muradlı | Və ya Əli Kərimli necə imam Əli olduBu günlərdə "Azadlıq" qəzeti Azərbaycan qəzetindən daha çox İran qəzetinə oxşayır..."Azadlıq" qəzetinin bu günkü (dünənki – red.) sayının İran İslam Respublikasının "Kayhan news"-undan elə də fərqi yoxdur. Qəzet bu gün rəsmən İran xəbərlərini yayınlayıb. İranın Azərbaycanın havasına fişəng atmasını xatırladan hədə-qorxular, İran molla rejiminin əl işi olan karikatura, Sülhəddin Əkbərin, Vəfa Quluzadənin verdiyi anlaşılmaz proqnozlar qəzeti vərəqlədikcə adamın ürəyini bulandırır.Məqsəd nədir? Təbii ki, aydındır. Həddən ziyadə bəsit və antiazərbaycançı bir addım. Təxminən isveçli müğənni, Eurovision yarışmasının qalibi Lorinin "siyasətcil"liyi, İctimai Palataya dəstək verməsi kimi absurd bir şey. İranın irtica rejiminə yarınaraq dindar kəsimdən tərəfdar toplamaq... Maddi, mənəvi, psixoloji "qazanc"...Bunun nə qədər ağlasığmaz olması təbii, göz qabağındadır. Sınanmış, dişədəymiş müxalifət hazırda xalqa, dövlətçilik prinsiplərinə qarşı vuruşmaqdadır. Dövlətçilik dəyərləri ilə bu qədər oynamaq hansı cinahda olursa olsun, özünə siyasətçi deyən insanlara yaraşmır. Bu adamlar Azərbaycan hakimiyyətinə müxalifətdədir, yoxsa Azərbaycan dövlətinə?..Özünə, xalqına hörmət edən vətəndaş maliyyədarı olduğu qəzetdə beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə olan materiallarını bu qədər şövqlə yayınlamaz.Publika.Az xəbər portalında bir müddət əvvəl Avropa ölkələrinin səfirləri tərəfindən İctimai Palatanın qarşısına gey-paradın təşkil olunmasının öhdəçilik kimi qoyulması ilə bağlı informasiya verilmişdi. İnformasiyanın KİV-də yayılmasına qarşı olan tərəf "özəl" əxlaq normalarına uyğun olaraq, sosial şəbəkələrdə təhqir və söyüşlərlə yerə-göyə nifrin səpələdi. Bu qədər qara-qışqırıq nəyin göstəricisi idi? Belə məlum olur ki, fakt qarşısında aciz qalanda "çıxış yolu" qadına təhqir yağdırmaqdan ibarətdir. Buyurun, bəyliyi yalnız adlarında qalanlar, təhqirlərinizlə simanızı bir daha açın: gündəmi izləyən oxucu onsuz da çox yaxşı bilir ki, sizlərdən kiməsə böhtan atılsaydı, indi səsiniz-sədanız məhkəmə salonlarından gələrdi. Gey-parad məsələsinin həqiqiliyi isə Evrovisionu öz əməlləriniz üçün istifadə etmək istəyinizdə təsdiqləndi. Nəticə nə oldu? Planlar baş tutmadı. Lorin də dada çatmadı..."Azadlıq" qəzetinin molla əmmaməsi kimi qapqara vərəqlərində hansı səbəbdən İran rejiminin maraqlarını əks elətdirən xəbərləri yayınlaması haqda molla, axund, ayətullah, müfti Əli Kərimliyə konkret suallar ünvanlayıram:1.Azərbaycan və İsrail münasibətləri haqqında molla rejiminin çəkdiyi karikaturanın yayınlanmasında məqsəd nədir?2.Orta məktəblərdə baş örtüyünə icazə verilməsi ilə bağlı davalar, qalmaqallar niyə ancaq İrandan əmr gələndə gündəmə gəlir, "aktuallıq" kəsb edir?3.Yəni Əli Kərimli bu qədərmi dindardır?4.Azərbaycanın əleyhinə olan xəbərlər bu qəzetdə niyə bu qədər sevincək yayımlanır?5.Azərbaycan və İran münasibətlərinə dair suallar "Azadlıq" qəzetində niyə yalnız hər şeydən danışıb əslində isə hər şey haqqında susan politoloqumuz Vəfa Quluzadəyə və Rəsul Quliyevin mobil əlaqələr üzrə vitse-spikeri Sülhəddin Əkbərə ünvanlanır?Son sualımsa belədir:Əli Kərimli əmmamə sifarişini Quma verib, yoxsa Xorasana?"Gündəlik Teleqraf"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub