Molla Vəli Vidadinin və ailəsinin itib-batan qəbirləri - FOTOREPORTAJ

Molla Vəli Vidadinin və ailəsinin itib-batan qəbirləri -  FOTOREPORTAJ
Bütün Xəbərlər
13:18 06.05.2014
2774

(Molla Vəli Vidadinin Abidəsindən solda Birinci daş Oğlu Məhəmmədin qəbridi 1863-cü ildə vəfat edib..Sağdakı 1-ci daş Qızı Cəvahirin məzarıdı 1808 ci ildə fəvat edib.2-ci daş Vidadinin həyat yoldaşı Tükəzban xanımın məzarıdır 1802 ci ildə vəfat edib.)

Məhəmməd peyğəmbərin(S.A.S) müqəddəs"Quranı"kimi onun Azərbaycan ,eləcədə bütün müsəlman ölkələrində qoruyucuları davamçıları,əsil din nümayəndələri,dinimizi qoruyub bu günə çatdıranların həyatı,şəxsiyyəti öyrənməli bu günkigəncliyimizə ,insanların çatdırmalı, dünyasını dəyişməz məşhurdin xadimlərinin məzarları axtarıb tapılmalı,dağılmışları bərpa edilməli ,qorunub saxlanmalı,gələcək nəsillərə ötürülməlidir.

Vətəni sevmək imandandır.Alimlərə hörmət edən ,elə bil mənə hörmət edib deyib peyğəmbərimiz.

Mən məşhur din xadimləri Zaqafqaziya müsəlmanlarının Tiflisdə əyləşən müftiləri Osman Əfəndi,Məhəmməd əfəndi və Müftizadə Qazi Səadəddin ƏfəndiMüfti Osman oğlu haqqında qısaca məlumat verməklə bərabər , onların harada dəfn edilmələri və onların bu gün çoxlarına məlum olmayan məzarları,qəbir daşları ,baxımsız halda qalan hərəmlərini sizlərə göstərmək istəyirəm.Əziz oxucu ,əvvəl başdan deyimki,Zaqafqaziya sünnü məzhəbinin müftisi olmuş Molla Vəli Vidadinin oğul və M.P.Vaqifin qız nəvəsi QaziSəadəddinin məzarlarına biganəliyi heç cürə qəbul etmək olmur.Məgər bu belə çıxmırki,bu gün Zaqafqaziya müsəlmanlarının şeyxi olan Allahşükür Paşazadədə neçə illərdən sonra,dünyasını dəyişdikdən sonra unudulacaq,onun məzarına biganəlik olacaq.Bu halları tarix bizə bağışlamaz,Quranımıza peyğəmbərimizə ehtiram göstərdiyimi kimi,onun qoruyucularınada hörmət etməli, müqəddəs yer bilməliyik.Mən bu gün adlarını çəkdiyim şəxsiyyətlərin nə özlərinə,nə məzarlarına heç bir ehtiramı,qayğını və dağılmış hərəmlərinin bərpası işində heç bir işin görülmədiyini görürəm.Mənim fikirimcə şeyximiz AllahŞükür Paşazədə özü dini rəhbər olduğu kimi,vaxtı ilə dini rəhbərimiz olmuş şəxsiyyətlərin məzarlarının qorunub,bərpa edilməsi qayğısına qalmalıdı.Keçmişini unudanın özüdə unudulacaq!

Mən adlarını çəkdiyim hər üç dini rəhbər haqqında qısaca məlumat verirəm və onların məzarlarını və baş daşlarını Sizlərlərə təqdim edirəm.

Müfti Osman Əfəndi Molla Vəli Vidadi oğlu Qazax qəzasının Birinci Şıxlı kəndi( 1850ci ildə ölüb)anadan olub XVIII əsr böyük Şair Molla Vəli Vidadinin oğludur.İlk təhsilini atasından almışdı.Ənənəvi şərq elmlərinə və rus dilinə dərindən yiyələnən osman əfəndi gənclik illərindən Qazax,Borçalı,Tiflis muhitindən mötəbər alim və müdərris kimi tanınmışdır.

Qafqazda Öməriyyə (sünni)məzhəbi üzrə ali ruhani -Müfti olmuşdu .1847-ci ilin dekabrındaTiflisdə ilk şiə Mədrəsəsi açıldıqdan sonra Müfti Osman Əfəndi canişin Vorontsovun qarşısında oxşar əsasnamə ilə sünni Mədrəsəsinin də açılması məsələsini qaldırmışdır.Məhz onun təklifi ilə 1848-ci ildə sünni Mədrəsəsinin nizamnaməsi təsdiq edilmişdir.1849-cu ildə məktəbin təntənəli açlışı olmuşdur.Osman Əfəndi həmin məktəbin fəxri hamisi idi.Bu məktəbdə dinlə bərabər dünyəviliyə daha çox üstünlük verilirdi.Tələbələr təhsil haqqından azad idi ,başqa yerlərdən gələnlər isə mədrəsənin nəzdindəkipansionda qalırdılar,məktəb özü isə məscidin vəsaiti ilə hesabına saxlanılırdı.Qafqazın Avropa ruhlu ilk türk ziyalıları dəstəsinin yetişməsində Osman Əfəndinin böyük rolu olmuşdu.

Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi (1837 Qazax qəzasının birinci Şıxlı -1916 .II Şıxlı)

Mötəbər din xadimlərindən biri olan Səadəddin Əfəndi M.V.Vidadinin oğul ,M.Pənah Vaqifin qız nəvəsidir.Atası Osman Əfəndi Qafqazın müftisi olmuşdu.Dini təhsilini Şamaxı mədrəsəsində almışdır.1868-ci ildə Şuşa qəzasına sünni qazisi vəzifəsinə təyin edilmişdi.1878-ci ildə Qazax qəzasının qazisi vəzifəsinə keçirilmiş,yerli əhalini çəyirtkə ilə mübarizəyə səfərbər edə bildiyinə görə 1882 ci ildə Müqəddəs Annagümüş medalı ilə təltif edilmişdir.1888-ci ildə vəzifəsindən uzaqlaşdırılmış,6 ildən sonra 1894 -cü ildə Yelizavetpol Qubernatorlarının təkidlərindən sonra təkrarən bu vəzifəyə təyin edilmiş və ömrünün sonuna kimi Qazax qazisi olmuşdur.Səadəddin Əfəndi mahalın varlı adamlarından sayılmış,IŞıxlı və Kəmərli kəndlərində mülkləri,torpaq sahələri ,sürüləri olmuşdu.

Fəxrəddin Vəlizadə

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR