Mollaya “Məni oğlumun yanında dəfn edərsiniz” dedi və özünü vurdu

Bütün Xəbərlər
09:41 16.03.2011
1676

 

Hadisə rayonun II Zabrat qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Qəsəbə sakini, 48 yaşlı Kamran Vəliyev oğlunun məzarı üstündə “Naqan” tipli tapançadan başına atəş açıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. K. Vəliyev vəziyyəti ağır qiymətləndirilir.Sabunçu Rayon Polis İdarəsi K. Vəliyevin özünə qəsd etməsinin səbəblərini açıqlayıb.

İdarədən bildirilib ki, K. Vəliyevin 17 yaşlı oğlu bir il əvvəl, atasının doğum günündə xəstəlikdən dünyasını dəyişib. Bu hadisəyə dözə bilməyən ata bir neçə dəfə özünü öldürəcəyini bildirib. K. Vəliyev ötən gün oğlunun məzarını ziyarət edib, övladının ruhuna dualar oxudub. Sonra isə qəbiristanlıqda olan mollaya “Məni oğlumun yanında dəfn edərsiniz” deyərək tapança ilə özünü vurub. Hadisənin canlı şahidi olan molla yaralını təcilli xəstəxanaya aparıb.

Onu da qeyd edək ki, K. Vəliyev bizneslə məşğul olur.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O, mollaya “Məni oğlumun yanında dəfn edərsiniz” deyərək özünü vurub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR