“Monarxiyaya yox“ deyən Əli Kərimli oğlunu öz yerinə hazırlayır?

“Monarxiyaya yox“ deyən Əli Kərimli oğlunu öz yerinə hazırlayır?
SİYASƏT
17:10 16.09.2016
13455

Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib.

Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər. 
AZXEBER.COM-un məlumatına görə. daha öncədən yayılan məlumatda Erkin Qədirlinin iştirakı nəzərdə tutulsa da, o son anda siyahıdan çıxarılıb. Qədirlini Əli Kərimlinin oğlu Türkel Kərimli əvəz edib. Maraqlıdır ki, siyasi elitada heç bir təcrübəsi olmayan bu gəncə necə olub ki, birdən birə meydan verilib. 
Gənc fəal Fuad Məmmədzadə bununla bağlı sosial şəbəkədə maraqlı status paylaşıb və o qeyd edib ki, Türkelin çıxışı müxalifətə böyük zərbə olub: "Həmişə ABŞ Konqresində Azərbaycan ilə bağlı dinləmələr geniş müzakirəyə səbəb olurdu. Lakin bu dəfə olan dinləmə demək olar heç bir müzakirəyə səbəb olmadı və bunu bir uğursuzluq hesab edirəm. Bunun da əsas səbəblərindən birini Erkin Qədirlinin çıxarılması yerinə isə universiteti dünən bitirmiş bir gəncin göndərilməsini görürəm. Bu cür ciddi tədbirlərə düşünürəm ki, mütəxəssis, uzun illər bu cür işlərin içərisində olmuş bir insanın olmasını düşünürəm. Bir məsələni də vurğulayım ki, əgər müxalifət lideri öz yerinə öz oğlunu hazırlayırsa sonra mitinqlərə çıxıb "monarxiyaya yox" deməsinin yeri yoxdur.
Eyni zamanda məlum olub ki, Erkin Qədirlinin dinləmələrdən kənarlaşdırılıb, yerinə Türkel Kərimlinin salınmasını Əli Kərimli təşkil edib. Bu işdə Kərimliyə Xədicə İsmayıl və onun şəbəkəsi yaxından dəstək olub. Bu yerdəcə qeyd edək ki, elə Ani Vandaryan da Tvitterdə Əli Kərimli - Xədicə İsmayıl şəbəkəsinə tez-tez dəstək olur, onların fikirərini paylaşır.
Ermənilərdən söz düşmüşkən qeyd etmək yerinə düşər ki, milli.az saytı dinləmələrlə bağlı araşdırma aparıb. Xəbərdə qeyd olunur ki, qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, dinləmələr çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavern müzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub.Qeyd edək ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir.Məlumat üçün bildirək ki, ötən il komissiyanın Azərbaycan üzrə dinləmələrində isə qondarma "DQR"-in ABŞ-dakı nümayəndəliyinin rəhbəri iştirak etmişdi. Əli Kərimlinin oğlunun əli Azərbaycan xalqının qanına batmış Bako Saakyanın oğlu ilə bilikdə Azərbaycana qarşı keçirilən tədbirdə iştirakı olduqca düşündürücü məqamdır.Tədbirin əvvəlində konqresmen Makqavern Dövlət Departamentinin nümayəndəsinin dinləmələrə dəvət edildiyini, lakin onlardan cavab ala bilmədiklərini deyib. Dinləmələrə Skype vasitəsilə qatılan Xədicə İsmayılisə ABŞ-ın Azərbaycandakı səfirliyinin və şəxsən səfir Robert Sekutanın fəaliyyətini kəskin tənqid edərək, onları "vətəndaş cəmiyyətinə lazımi dəstək verməməkdə və Azərbaycan hökumətindən qorxmaqda" günahlandırıb.Tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabr tarixində konqresmen Kris Smit tərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şifin imza atması bir daha ölkəmizə qarşı bu tipli hücumların arxasında məhz erməni lobbisinin durduğunu aydın göstərir. 
Onu da qeyd edək ki, sabah Milli Şuranın növbəti mitinqi planlaşdırılır və mitinqin devizi "monarxiyaya son"dur, burada sual yaranır görəsən ölkədə monarxiyaya kim meyllidir, uzun illər siyasi proseslərdə olan Erkin Qədirlini bir qələmdə silib-atan Əli Kərimli yoxsa onun tənqid etdikləri? Yaxşı olar ki, Əli Kərimli mitinqə çıxmazdan öncə güzgüyə baxıb, nəticə çıxarsın. 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Neft Emalı Zavodunda yanğın başlayıb
09:27 18.06.2026
Neft Emalı Zavodunda yanğın başlayıb