Monika Beluççi ilə Araşı birləşdirən nədir?

Monika Beluççi ilə Araşı birləşdirən nədir?
ŞOU-BİZNES
19:15 23.09.2011
1794
Hollivudun ən cazibədar aktrisalarından sayılan Monika Beluççi yeni filmdə ilk dəfə yaşlı qadın obrazını canlandırıb.

 "Rhino Season" filmində "qoca" Beluççi Azərbaycan əsilli müğənni Araşla çəkilib. Azərbaycanı "Eurovision-2009" mahnı müsabiqəsində təmsil etmiş Araş filmdə Beluççinin oğlu rolunu oynayır.

"Filmə dəvət aldıqda çox sevindim. Baş rolu Monika Beluççinin oynayacağını sonradan bildim. Bu, mənimçün şərəfdir! Monika fantastik aktrisa və gözəl qadındır", - deyə Araş bildirib.Filmin çəkilişləri Türkiyə və Almaniyada aparılıb. O, İran xalqının həyatına həsr olunub. Filmdə 70-ci illərin sonlarında İranda baş vermiş islam inqilabından indiyədək olan dövrdən danışılır.
OXŞAR XƏBƏRLƏR