Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu - Foto

Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu - Foto
SOSİAL
10:58 28.10.2025
217
Məlum olduğu kimi, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasında adı hallananlar arasında Azərbaycan vətəndaşı da var.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, hazırda həbsdə olduğu bildirilən şəxsin kimliyi məlum olub. Belə ki, bu, 31 yaşlı Yaqub Qurbanovdur.

Həmin şəxsin iş yoldaşı Nəcəf Nəcəfli saytımıza müraciət edərək bildirib ki, hadisə oktyabrın 26-sı yaşadıqları binanın daşlanmasından sonra baş verib: "Biz burada tikinti işində çalışırıq və həm də yataqxanada yaşayırıq. Yerli sakinlər yaşadığımız binanı daşlamağa başladılar. Biz də polisə müraciət etdik. Polis də gəlib yataqxanada qalan 45 nəfər azərbaycanlını apardı bölməyə. İş yoldaşlarımız arasında türklər də var idi. Hətta yolda da bizdən kimi görsələr, tutub aparırdılar. Həmin gün düz gecə saat 4-ə kimi bizi orada saxladılar. Sonra bizi buraxdılar, amma Yaqubu buraxmadılar. Səbəb kimi isə Yaqubun ayaqqabısını şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşatmaqları göstərilib. Bıçaqlanma hadisəsini törədən Türkiyə vətəndaşı olub və o qaçıb. Bizi də Türkiyə vətəndaşı bilib daşlayırlar. Artıq 36 saatdan çoxdur ki, Yaqub polis bölməsində saxlanılır”.
Ətraflı

N.Nəcəflinin sözlərinə görə, yataqxanada kameralar var və bütün giriş-çıxışlar görünür: "Əgər belə bir şeylə ittiham olunuruqsa, gəlib kameraları açıb baxsınlar. Biz bura çörəkpulu dalınca gəlmişik. Dövlətimin, millətimizin üzünü qara edəcək heç nə etməmişik. İndi də vəziyyət çox pisdir. Səhərə qədər bizim binanı daşlayıblar, yata bilməmişik. Axırda da polis maşınını gətirib saxladılar burada. Küçələrdə də "türklər buranı tərk etsin, türklərə ölüm” şüarları ilə mitinqlər gedir. Dövlətimizdən kömək gözləyirik. Yaqub buraxılsın, onun heç bir günahı yoxdur”.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etmişik.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı N.D. (54) adlı Türkiyə vətəndaşı da saxlanılıb. Həmçinin 45 nəfər müvəqqəti olaraq polis nəzarətinə alınıb, 8 nəfər deportasiya olunub, 2 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib. Bundan sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etirazlar və hücum cəhdləri baş verib. Oktyabrın 27-si polis türkiyəli vətəndaşlara hücum hazırlığında olduğu iddia edilən bir neçə Monteneqro vətəndaşını da saxlayıb. Əməliyyat zamanı beysbol dəyənəkləri və digər hücum alətləri ələ keçirilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
19:37 27.10.2026
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Tokayev Türkiyəyə gedir
19:24 27.10.2026
Tokayev Türkiyəyə gedir
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu