Moskva meriyasından Azərbaycana qarşı qərəzli münasibət

Moskva meriyasından Azərbaycana qarşı qərəzli münasibət
Bütün Xəbərlər
17:01 25.02.2012
1053
Moskva meriyası Azərbaycan diasporuna Ermənistan səfirliyi qarşısında aksiya keçirməyə icazə verməyib. APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlılar Xocalı soyqırımın 20-ci ildönümü ilə əlaqədar Ermənistanın Rusiyadakı səfirliyi qarşısında 100 nəfərlik aksiya keçirmək üçün Moskva meriyasına müraciət ediblər.İlk müraciət fevralın 14-də edilib. Moskva meriyasının Mərkəzi İnzibati Dairəsinin prefekt müavini V. Starkovun adından müraciət edənlərə məktub gəlib. Məktubda aksiyanın qanunauyğun olmadığı göstərilərək müraciətə müsbət cavab verilmədiyi bildirilib.Məktubda o da qeyd olunub ki, aksiyanın nə məqsədlə keçirilməsi göstərilməyib. Bunun ardınca ikinci dəfə meriyaya müraciət olunub. Budəfəki müraciətdə Ermənistanın Azərbaycanın ərazisinin 1/5-ni işğal etməsi və ermənilərin Xocalıda 20 il əvvəl soyqırımı törətməsinə etiraz olaraq aksiya keçirmək istəyi yer alıb.
OXŞAR XƏBƏRLƏR