Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada metronun "Almaatı" stansiyasının açılışını alqışlayıb.AZXEBER.COM-un vesti.ru saytına istinadən verdiyi məlumata görə, V. Jirnovski tədbirdə çıxışı zamanı bildirib ki, Moskva Metropoliteninin yeni stansiyaları keçmiş müttəfiq respublikaların paytaxtlarının şərəfinə adlandırılsın.Bütün Moskva sakinlərini təbrik edən partiya lideri bunun tarixi yaddaş və mehriban qonşuluq münasibətlərinin simvolu ola biləcəyini söyləyib.