Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb

Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
DÜNYA
18:38 23.07.2026
93
Rusiyanın Moskva vilayətində təlim uçuşu zamanı Su-57 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Rusiyanın "İzvestiya" nəşrinin məlumatına görə, qəza Moskva vilayətinin Luçino kəndi yaxınlığında baş verib

Bildirilir ki, pilot katapult edərək təyyarəni tərk etməyə müvəffəq olub.

Hadisə yerindən yayılan görüntülərdə təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın qara tüstü müşahidə olunur.

Qeyd edək ki, Su-57 Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcı təyyarəsi hesab olunur. Təyyarə ilk uçuşunu 2010-cu ildə həyata keçirib və Rusiya Hərbi-Kosmik Qüvvələrinin ən müasir döyüş təyyarələrindən biri sayılır.

OXŞAR XƏBƏRLƏR