Moskvada 2 azerbaycanlı işadamı güllələnib

Bütün Xəbərlər
22:18 22.11.2010
2350

AZXEBER.COM portalının “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ötən axşam Moskvanın qərbində yerli vaxtla saat 18.00 da (Bakı vaxtı ilə saat 19.40)  Azərbaycan vətəndaşı qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının ehtimalına görə, qətl sifarişli olub.

Hadisə zamanı naməlum şəxslər Əziz İsmayılovun və Kamil Kaştayevin içərisində olduğu “Mazda” markalı avtomobilin qarşısını kəsərək avtomatla atəş açıblar. Hadisə nəticəsində, əslən azərbaycanlı olan Dağıstanda qeydiyyatlı  43 yaşlı Əziz İsmayılov və Moskvada yaşayan 44 yaşlı Azərbaycan vətəndaşı Kamil Kaştayev ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi qaldırılıb.

 

OXŞAR XƏBƏRLƏR