Rusiyanın paytaxtı Moskvada 3 Azərbaycan vətəndaşı güllələnib. Azərbaycanlılar travmatik silahdan açılan güllə ilə yaralanıblar. Hadisə bu gecə Belojevskaya küçəsi 95 ünvanında baş verib.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, atəş açan şəxslərin şəxsiyyəti bilinmir və onlar hadisədən sonra gizlənə biliblər.
Azərbaycanlılar hadisədən sonra xəstəxanaya müraciət ediblər və müxtəlif yaralarla müalicə edilirlər.
Faktla bağlı araşdırma aparılır.
//Ans Press