Moskvada 50-dən çox azərbaycanlı 'vor zakon' tutuldu

Moskvada 50-dən çox azərbaycanlı
Bütün Xəbərlər
12:25 19.02.2013
1772
Rusiyanın paytaxtı Moskvada "qanuni oğrular"a qarşı əməliyyat keçirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, polis eyni anda iki yerdə - şəhərin şərqində və şimal qərbində olub.Preobrajenskıy Val küçəsindəki kafedə Azərbayacan vətəndaşı olan 50 nəfər saxlanılıb. Polisin məlumatına görə, onlar kafeyə aralarından birinin "tacqoyma mərasimində" istirak etmək üçün toplaşıblar."Qanuni oğrular" əməliyyat zamanı odlu silahdan bir neçə atəş açmağa cəhd ediblər. Silahlar ballistik ekspertizaya göndəriliblər.İkinci əməliyyata nəticəsində isə 40 nəfər saxlanılıb. Saxlanılan kriminal avtoritetlər Rusiyanın müxtəlif reginonlarından və Cənubi Qafqazdan olublar.
OXŞAR XƏBƏRLƏR