Bir neçə dəqiqə sonra bazanın yaxınlığındakı Dorojnaya küçəsində şübhəli bir şəxs milis tərəfindən saxlanılıb. 25 yaşında olan bu azərbaycanlının üzərindən “Makarov” tipli tapança və 430 min rubl pul tapılıb. Ona qarşı “ölümə sui-qəsd”, “quldurluq” və “qanunsuz silah dövriyyəsi” maddələri ilə cinayət işi qaldırılıb.