Moskvaətrafı Yubileyni şəhərində dağıstanlı ilə iki azərbaycanlı arasında qanlı dava baş verib.AZXEBER.COM-un “Vzqlyad.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Moskva vilayətinin hüquq-mühafizə orqanları məlumat yayıb.Məlumata görə, münaqişə 37 yaşlı dağıstanlı ilə 29 və 33 yaşlı iki azərbaycanlı arasında avtoservislərin birində qeydə alınıb. Mübahisə zamanı dağıstanlı bıçaq çıxardaraq hər iki həmyerlimizə xəsarət yetirib. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. 33 yaşlı azərbaycanlı əməliyyat zaman keçinib, hazırda həkimlər digərinin həyatını xilas etməyə çalışırlar.“İnterfaks” xəbər verir ki, şübhəli şəxs hadisə yerindən qaçıb, hazırda onun axtarışları davam etdirilir.