Moskvada azərbaycanlı “vor zakon” saxlanıldı

Moskvada azərbaycanlı “vor zakon” saxlanıldı
Bütün Xəbərlər
12:11 18.04.2015
980

Tolikin üzərindən Amerika tapançası aşkar edilib.

Noqinskdə (Moskva vilayəti) üzərində döyüş tapançası olan Tolik Noqinski ləqəbli “qanuni oğru” (“vor zakon”) saxlanılıb.AZXEBER.COM xəbər verir ki, bu barədə İnterfaks-a hüquq-mühafizə orqanlarından bildiriblər.

Məlumata görə, cümə axşamı Moskva vilayəti cinayət axtarışının əməkdaşları “Bulat” xüsusi təyinatlılarının dəstəyi ilə Noqinskdə kriminal aləmdə Tolik Noqinski ləqəbi ilə tanınan 32 yaşlı “qanuni oğru” Taleh Dağlıyevi saxlayıblar.

Kişin üzərində sandıqçasında üç patron olan Amerika tapançası aşkarlanıb. Ekspertiza müəyyənləşdirib ki, silah döyüş üçün nəzərdə tutulub. Hadisə ilə bağlı Rusiya CM-in 222-ci maddəsi üzrə cinayət işi (“Qanunsuz silah dövriyyəsi”) qaldırılıb.

Rusiya DİN-nin mətbuat mərkəzindən “İnterfaks”a saxlanılma faktını təsdiqləyiblər.

OXŞAR XƏBƏRLƏR