Moskvada azərbaycanlını öldürdülər

Moskvada azərbaycanlını öldürdülər
Bütün Xəbərlər
12:40 27.09.2012
1724
Moskvada qafqazlıların iştirak etdiyi münaqişədə bir nəfər azərbaycanlı ölüb, biri isə ağır yaralanıb. ANS-in “Novaya Politika” qəzetinə istinadən verdiyi məlumata görə, Moskvada Saykina küçəsində təxminən səhər saat 4.00 radələrində odlu silahla yaralanmış bir kişini gətirən sərxoş sürücü saxlanılıb.Moskva polisi araşdırma nəticəsində müəyyənləşdirib ki, yaralanan şəxs 57 yaşlı Azərbaycan vətəndaşıdır. O, ifadəsində bildirib ki, naməlum şəxslər kafe yaxınlığında dostuna və ona avtomobildən atəş açıblar.Polisin digər bir məlumatına görə, təxminən həmin saatda şəhər xəstəxanalarından birində daha bir azərbaycanlı dünyasını dəyişib. Onun 27 yaşının olduğu açıqlanıb. Polisin iddialarına görə, hər iki şəxs eyni münaqişə nəticəsində xəsarət alıblar.Hadisə ilə bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR