Rusiyada azərbaycanlını qətlə yetirən qardaşlardan birinin fotosu yayılıb.
Həmin şəxs Xanhüseyn adlı şəxsdir. Rusiya polisi artıq həmin şəxsi yaxalayıb.
Qətl iki gün əvvəl Moskva şəhərindəki ''Sodovod'' bazarında, ''Uzbekskaya kuxnya'' restoranında törədilib. Ramin adlı Şamaxı sakini ürəyindən iki bıçaq zərbəsi ilə öldürülüb.
Rusiyada yaşayan azərbaycanlıların criminal.az saytına verdiyi məlumata görə, qətlə yetirilən Ramin həbsxanadan bir müddət əvvəl çıxıbmış. Həmyerliləri olan və həmin bazarda bizneslə məşğul olan qardaşlarla görüşü isə onlardan pul tələb etməsi ilə bağlı olub.
Restoranda onlar arasında mübahisə düşüb. Xanhüseyn bıçaqla onu öldürüb və ''Priora'' markalı avtomobillə restoranı tərk edib. O, gedərkən cinayətdə istifadə etdiyi bıçağı restoranın qarşısındakı kanalizasiya quyusuna atıb.
