Yaralananlar var.
Naməlum şəxslər Moskvanın cənubunda kafedə atışma çıxarıblar.
Dava kafe sahibinin “krışalıq” üçün pul ödəməyə etirazından sonra başlayıb.AZXEBER.COM “İnterfaks”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilənə görə, Vostrykovski keçidində yerləşən kafeyə altı nəfər naməlum şəxs daxil olub.
Onlar əslən Azərbaycandan olan kafe sahibinə himayələrini təklif ediblər. Kişi onlara pul ödəməkdən imtina edib, bu səbəbdən də onlar dava salıblar.
Dava zamanı kafe sahibinin tanışını bıçaqla yaralayıblar, hadisə yerindən qaçmazdan əvvəl isə bir neçə dəfə havaya atəş açıblar.
Deşik-kəsik yarası almış 43 yaşlı vətəndaş xəstəxanaya yatırılıb. Hücum edənlər axtarılır. Moskva polisində “Xuliqanlıq” maddəsi ilə cinayət işinin açıldığı bildirilib, “Vest FM” radiosu bildirib.