Moskvada bıçaqlaşma: Azərbaycanlılar yaralandı

Moskvada bıçaqlaşma: Azərbaycanlılar yaralandı
Bütün Xəbərlər
13:52 08.05.2015
907
Polis cinayətkarları axtarır.
Moskvada dava zamanı bıçaqla silahlanmış cinayətkarlar beş nəfəri yaralayıblar, bu barədə paytaxt polis idarəsinin mətbuat xidmətindən bildiriblər, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlum olduğu kimi, hadisə mayın 7-si Sudostroitelni küçəsində “Qibris” kafesində baş verib. Dava zamanı bıçaqla silahlanmış naməlum şəxslər bir neçə nəfəri yaralayıblar. Xəbər verildiyi kimi onların bir neçəsi Tacikistan və Azərbaycan vətəndaşlarıdır.
Baş verənlərin nəticəsində xəstəxanaya 30 yaşlı sinəsindən yaralanmış kişi, qarın nahiyəsində deşik-kəsik yara olan gənc, kürəyində yara olan Azərbaycan vətəndaşı, açıq kəllə-beyin zədəsi olan Stavropol əyalətindən gələn vətəndaş, çiynindən yara alan Tacikistan vətəndaşı gətirilib.
Polis əməkdaşları cinayətkarların saxlanılması istiqamətində tədbirlər görürlər.
OXŞAR XƏBƏRLƏR