Rusiyanın paytaxtı Moskvada iri ticarət mərkəzlərindən birində yanğın baş verib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, "RIO Sevastopolskiy" ticarət mərkəzində güclü yanğın qeydə alınıb.
Yanğınla əlaqədar binadan 1 500 nəfər təxliyə edilib.
Daha sonra yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.











































