Dekabrın 13-də Moskvada MDB İqtisadi Şurasının 60-cı iclası keçiriləcək.
APA-nın MDB İcraiyyə Komitəsinin saytına istinadən xəbərinə görə, toplantıda iqtisadi sahədə əməkdaşlıq məsələləri geniş müzakirə olunacaq.
İclasın gündəliyinə 2014-2015-ci illərdə sərhəd əməkdaşlığı sahəsində Tədbirlər Planı da daxil edilib. Moskvada MDB İqtisadi Şurasının üzvlərinə Azərbaycan və Qazaxıstanın ticarət siyasətinin icmalı da təqdim olunacaq.