Rusiyanın paytaxtı Moskvada ənənəvi "Şəhər günü" təntənə ilə qeyd edilib. Şəhərin küçələrində hərbi orkestrın yürüşü olub. Bu il Saxarov prospektində ənənədən kənara çıxaraq, Latın Amerika karnavalı da təşkil edilib. Braziliya, Meksika və digər Latın Amerikası ölkələrinin milli geyimlərində olan rəqqaslar yüzlərlə şəhər sakini ilə birlikdə rəqs ediblər.
Əsas tədbirlər isə Qızıl meydanda baş tutub. Meydanda Kreml Prezident Orkestrinin də iştirakı ilə marş, klassik və milli musiqinin sintezindən ibarət konsert təşkil olunub. Təşkilatçılar "Spasskaya qülləsi" hərbi musiqi festivalına 56 mindən çox insanın tamaşa etdiyini bildiriblər. Moskvanın 865 yaşı münasibətilə qeyd edilən "Şəhər günü" tədbirləri möhtəşəm atəşfəşanlıqla başa çatıb.