Moskvada Azərbaycan xalqının ən möhtəşəm bayramlarından olanNovruz Bayramı Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah fondu və Azərbaycan Slavyan Gənclər Assosiyasiyasının Rusiya nümayəndəliyi tərəfindən qeyd edilib.
AZXEBER.COM xəbər verir ki, tədbirin əsas məqsədi azərbaycanlıları bir süfrə arxasına yığmaq, azərbaycanlı tələbələrə adət-ənənələrimizi xatrırlatmaqvə milli-mədəni dəyərlərimizi ölkəmizin hüdudlarından kənarda təbliğ etməkdən ibarətdir.
Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək tədbirin əhəmiyyətini danışdı vəsoydaşlarımızın bayramını təbrik etdi.
Tədbir təşkilatçıları AMİİ fondunun sədri Şamil Tağıyev və ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev çıxış edərəkNovruz Bayramının Azərbaycan xalqının milli-mədəni sərvəti olduğunu qeyd etdilər, bayramın ölkəmizin həyatındakı özünəməxsusluğunundan söz açdılar. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan xalqının öz milli-mədəni dəyərlərinə sahib çıxdığını deyən gənclər bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdilər. Onlar eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq tədbirlərin birmənalı şəkildə Azərbaycan mədəniyyətinin dünyada təbliğinə xidmət etdiyini xüsusi olaraq vurğuladılar.
Tədbirdə azərbaycanlılarla yanaşı Rusiyanın nüfuzlu dövlətxadimləri dəiştirak ediblər. Rusiya Dövlət Dumasının deputatı Dimitriy Savelyev çıxış edərək Azərbaycan dövlətinə, azərbaycanlılara hər zamanməhəbbət hissi bəslədiyini qeyd etdi.Rusiya və Azərbaycanın qardaş dövlətlər olduğunu deyənMillət vəkiliazərbaycan xalqını bu bayram münasibəti ilə təbrik etdi.
Bayram şənliyi novruz müsabiqələri ilə davam etdirildi. Tələbələr arasında papaq atdı, yumurta döyüşü keçirildi, Novruz bayramı haqqında suallar verildi. Qaliblərə isə təşkilatçılar tərəfindən bayram sovqatı və qiymətli hədiyyələr təqdim olundu.
Tələbələrin milli rəkslərimizi canlandırması və musiqi alətlərimizdə ifası yadda qalan məqamlardan oldu. Ən maraqlısı isə azərbaycan dilini öyrənən, Rusiyada böyüyən həmyerli gənclərimizin Suleyman Rüstəmin “Azərbaycana gəlsin” şerini səsləndirmələri oldu.