Moskvada polis kapitanını qətlə yetirən azərbaycanlıların kimliyi məlum oldu

Moskvada polis kapitanını qətlə yetirən azərbaycanlıların kimliyi məlum oldu
Bütün Xəbərlər
14:40 07.04.2014
883
Sergey Jadobkini qətlə yetirən Rusiya vətəndaşı özünü də güllələyib
 Rusiya paytaxtında baş verən atışma zamanı polis kapitanını öldürən azərbaycanlının şəxsiyyəti müəyyən olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 31 yaşlı polis kapitanı Sergey Jadobkini odlu silahla qətlə yetirən milliyyətcə azərbaycanlı, 1966-ci il təvəllüdlü Rusiya vətəndaşı Xəlil Sarıyev olub.
Hadisə aprelin 6-da gecə saatlarında baş verib. Daxili İşlər Nazirliyinin Moskvanın Krasnoqorsk rayonu üzrə idarəsi əməkdaşlarının Radujnaya küçəsi ev 11 ünvanında cinayətkarların yaxalanması üzrə keçirdiyi əməliyyat tədbiri zamanı polislə cinayətkarlar arasında atışma baş verib.
Cinayətkar dəstə polisə təslim olmaqdan imtina edib və əməliyyatçılara atəş açmağa başlayıb. Nəticədə 1983-cü il təvəllüdlü polis kapitanı Sergey Jadobkin başından və sinəsindən aldığı güllə yarasından hadisə yerindəcə ölüb.
Lakin cinayətkar dəstənin üzvlərini ələ keçirmək mümkün olub. Bu zaman qətli törədən Xəlil Sarıyev özünü ayağından yaralayıb. Onun üzərindən 
"Sayqa" markalı odlu silah götürülüb.
Həmin dəstənin Moskvada çoxlu sayda cinayət törətdikləri bildirilib. Belə ki, bir ay əvvəl Moskva vilayətində həmin dəstənin üzvləri iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər.
MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis polkovniki Əkbər Yusifov APA-nın Moskva müxbirinə açıqlamasında dəstə üzvlərindən ikisinin Azərbaycan vətəndaşı olduğunu bildirib: "Qətli törədən Xəlil Mirzə oğlu Sarıyev Azərbaycanda doğulsa da, Rusiya vətəndaşı olub. Digər iki nəfər isə Azərbaycan vətəndaşıdır. Onlar Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramin Vidadi oğlu, Kürdəmir rayon sakini, 1975-ci il təvəllüdlü Xəlilov Hüseyn Xalid oğludur. Dəstə üzvlərindən olan bir nəfər qadın isə 1991-ci il təvəllüdlü Belarus vətəndaşı A.İ.Şmırova olub".
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) cinayət işi açılıb, araşdırma aparılır.
Hazırda qətli törədən Xəlil Sarıyevin xəstəxanada olduğu bildirilib. Bu gün məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri seçəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var