Moskvada qarşıdurmaya imkan verilmədi

Bütün Xəbərlər
23:20 11.01.2011
1851

Yerli vaxtla saat 16 radələrində-gözlənilən aksiyaya üç saat qalmış “Manej” meydanına onlarla milis avtobusu gətirilib. Meydanın dekabrda iğtişaşçıların milis əməkdaşlarına metal əşyalar və yolka oyuncaqları atdığı hissəsi bağlanıb. Yüzlərlə milis əməkdaşı və Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) döyüşçüləri əraziyə heç kimi buraxmayıblar.

Saat 17 radələrində milis mühasirəsinin ətrafına millətçilər toplaqmağa başlayıblar. Onlar heç bir şüar səsləndirmədən milis əməkdaşlarını müşahidə ediblər. Milis işçiləri toplaşan gənclərə yaxınlaşaraq, onların sənədlərini yoxlayıblar. Zahiri görkəminə görə şübhəli şəxslər - başları keçəl qırxılanlar, parlaq şərfdə olanlar saxlanılıb. Saxlanılanlar avtobuslarla milis şöbəsinə aparılıblar.

“Manej” meydanında yerləşən “Oxotnıy rad” ticarət mərkəzi bağlanıb. Alıcılardan mərkəzi tərk etmək xahiş olunub, əməkdaşlar evə buraxılıb. Saat 19.30-dan sonra milis əməkdaşları meydanı tamamilə bağlayıblar. Jurnalistlər, turistlər və alış-vverişə gələnlər ərazidən uzaqlaşdırılıb. Metrodan çıxanlara səsgücləndiricələrlə marşrutlarını dəyişməklə bağlı xəbərdarlıq edilib.

Xatırladaq ki, bir ay əvvəl “Manej” meydanındakı aksiyada minlərlə adm iştirak etmişdi. Küiləvi iğtişaşların bəhanəsi kimi “Spartak” futbol klubunun azarkeşi Yeqor Siridovun qətli göstərilsə də, məlum olmuşdu ki, iğtişaşçıların azarkeşlərə heç bir aidiyyatı yoxdur və aksiya siyasi məqsəd güdür./// ANSPRESS

 

OXŞAR XƏBƏRLƏR