Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub

Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
DÜNYA
13:20 02.08.2026
222
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən "Balzi Rossi” restoranının yaxınlığında güclü partlayış baş verib.

AZXEBER.COM "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsinin (NAK) yaydığı son məlumatlara əsasən, avqustun 1-də özəl tədbirin keçirildiyi məkamda əldəqayırma partlayıcı qurğu işə salınıb.

İlkin araşdırmalar göstərir ki, hücumun əsas hədəfi Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı olub.

Məlumata görə, terror aktı nəticəsində 5 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda ərazidə fövqəladə xidmətlər və hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı təhqiqat işləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR