Moskvaya kütləvi PUA hücumu - ölənlər var

Moskvaya kütləvi PUA hücumu - ölənlər var
DÜNYA
12:49 20.09.2026
45

Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib.

Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər - Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb. Daha beş nəfər xəsarət alıb, onların arasında iki uşaq da var. Uşaqlar xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir. Həmçinin Leninski şəhər dairəsində bir nəfərin xəsarət aldığı məlum olub.
OXŞAR XƏBƏRLƏR