Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz

Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
SOSİAL
15:24 28.07.2026
216
Yanacaqdoldurma məntəqələrində motosiklet sürücülərinə tətbiq edilən təhlükəsizlik tələbləri yenidən müzakirə mövzusuna çevrilib. Sürücülər bildirirlər ki, bəzi məntəqələrdə onlardan motosikleti yanacaqpaylayıcı qurğuya çatmamış söndürərək son metrləri əl ilə aparmaları tələb olunur. Xüsusilə ağır çəkili motosiklet sahibləri bu qaydanın praktik baxımdan çətinlik yaratdığını deyərək, mövcud tələbin müasir motosikletlər üçün nə dərəcədə aktual olması ilə bağlı suallar qaldırırlar.

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu məsələ əvvəllər daha aktual idi:

"Bu məsələ əvvəllər daha aktual idi. Yəni, yanacaqdoldurma məntəqələrində müəyyən tələblər var idi ki, onlar xüsusilə 90-cı illərdə daha ciddi şəkildə tətbiq olunurdu. Köhnə nəsil motosikletlərdə risk daha yüksək idi. Çünki qığılcım yaranması ehtimalı var idi. Bundan əlavə, mühərrik kifayət qədər qızmış vəziyyətdə olurdu və açıq konstruksiyaya malik olduğundan yanğın təhlükəsinin qarşısını almaq üçün motosikletin mühərrikinin söndürülməsi tələb edilirdi. Məsələn, 10-15 il əvvəl yanacaqdoldurma məntəqəsinə daxil olanda mobil telefonla danışmağa da icazə verilmirdi. Hətta kimin əlində telefon olurdusa, ona yanacaq vurmaqdan imtina edilirdi”.
 


O qeyd edib ki, indi isə texnologiyalar kifayət qədər təkmilləşib:

"İndi isə texnologiyalar kifayət qədər təkmilləşib. Əslində, bu qaydalara yenidən baxılması məqsədəuyğun olardı. Müasir motosikletlərdə, məsələn, Ducati və Harley-Davidson kimi markalarda təhlükəsizlik sistemləri daha yüksək səviyyədədir. Avropada sürücülər operator olmayan yanacaqdoldurma məntəqələrinə daxil olub yanacağı özləri rahat şəkildə doldururlar.

Təbii ki, motosiklet yanacaq doldurularkən söndürülməlidir. Amma yanacaqdoldurma məntəqəsinə çatmamış mühərriki söndürüb motosikleti itələyərək gətirmək, məncə, artıq o qədər də əsaslandırılmış tələb deyil. Sadəcə, düşünürəm ki, bu məsələyə aidiyyəti qurumlar, xüsusilə də Fövqəladə Hallar Nazirliyi tərəfindən yenidən baxılsa və hansı hallarda bu tələbin qüvvədə qalması dəqiqləşdirilsə, daha məqsədəuyğun olar”.

Nəqliyyat eksperti deyib ki, elə təhlükəsizlik qaydaları var ki, onlar hələ də qüvvədə qalmalıdır:

"Bununla yanaşı, elə təhlükəsizlik qaydaları var ki, onlar hələ də qüvvədə qalmalıdır. Məsələn, kimsə plastik qabda yanacaq almaq istədikdə ona yanacaq verilmir. Bizə də bununla bağlı müraciətlər olur. İzah edirik ki, bu, yanacaqdoldurma məntəqəsinin öz tələbi deyil, Fövqəladə Hallar Nazirliyinin təhlükəsizlik qaydalarından irəli gələn tələbdir. Yanacaq yalnız xüsusi təyinatlı kanisterlərə doldurulmalıdır. Yəni bəzi qaydalar artıq zamanla dəyişib. Ona görə də hesab edirəm ki, bu məsələlər müasir şərait nəzərə alınmaqla yenidən qiymətləndirilsə, daha düzgün olar”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət