Mourinyodan Arda Gülər ilə bağlı şok qərar

Mourinyodan Arda Gülər ilə bağlı şok qərar
İDMAN
23:39 06.08.2026
174
Arda Gülər "Real Madrid"in mövsümöncəsi hazırlıq prosesinə qoşulan ilk futbolçulardan biri olub və yoldaşlıq oyunlarındakı çıxışı ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, baş məşqçi Joze Mourinyo türk futbolçunun performansımdan razıdır və onu həm mərkəz yarımmüdafiəsində, həm də hücum xəttində alternativ kimi nəzərdən keçirir. İspaniya mətbuatının məlumatına görə, bununla yanaşı, "Real Madrid" Yan Diomande və Rodrinin transferini başa çatdırmaq üçün çalışmalarını davam etdirir. İddia olunur ki, bu keçidlər reallaşacağı təqdirdə Arda Gülər və Bernardo Silva əsasən ehtiyat oyunçular skamyasında yer alacaqlar.

Mənbənin yazdığına görə, hər iki futbolçu Mourinyonun planlarında vacib yer tutsa da, əsas heyətin daimi üzvü olmayacaq və rotasiyada istifadə ediləcək.
OXŞAR XƏBƏRLƏR