Ronaldo Portuqaliya millisi ilə vida matçından imtina edib

Ronaldo Portuqaliya millisi ilə vida matçından imtina edib
İDMAN
03:33 06.11.2026
55
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo milli komandadakı karyerasını başa vurmaq qərarını açıqladıqdan sonra vida matçı keçirmək təklifini rədd edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası futbolçu üçün xüsusi vida oyunu təşkil etməyi təklif edib.

Lakin Ronaldo sonuncu dəfə meydana çıxmaq üçün milliyə qayıtmaq istəmədiyini bildirib.

Noyabrın 5-də Ronaldu ilə Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuş arasında telefon danışığı planlaşdırılsa da, bu, baş tutmayıb. FPF prezidenti Pedru Proensa söhbətdə vasitəçi kimi iştirak etməli idi.

Məlumata görə, hücumçu artıq baş məşqçi ilə danışmaq istəmir.
OXŞAR XƏBƏRLƏR