İtaliyanın "Milan" komandası UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun ev matçında Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2.
Macarıstan klubunun hücumçusu Lenni Jozef dubl edib.
"Milan" (3 xal) əsas mərhələnin dörd turunda üçüncü məğlubiyyətini alıb, "Ferentsvaroş" (12 xal) isə ardıcıl dördüncü qələbəsini qazanıb.











































